Azərbaycana 6 medal qazandırmış idmançı vətəndaşlığını dəyişdi

Azərbaycana 6 medal qazandırmış idmançı vətəndaşlığını dəyişdi
Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko yenə vətəndaşlığını dəyişib.

Sfera.az xəbər verir ki, o, Ukraynanın "1+1” telekanalında yayımlanan "Qroşi” verilişində bu barədə danışıb. 

Stepko bildirib ki, o, Rusiya çempionatında çıxış etmək üçün bu ölkənin vətəndaşlığını alıb: 

Gimnast öncə Azərbaycana necə gəlməsindən söz açıb: "2013-cü ildə Ukrayna federasiyası ilə fikir ayrılığına görə müqaviləmi yeniləməyib digər ölkələrlə danışıqlara başladım və Azərbaycana getdim. Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəl danışaq və məsələni yoluna qoyaq. Azərbaycanda məni müalicə etdilər, MRT-yə apardılar. Əməliyyat olundum. Bütün şərait əla idi. Dərmanlar, sığorta kimi vacib detallara diqqət yetirdilər.

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikasının digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.   Sfera.az xəbər verir ki, bunu Bakıda ke...

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...