Azərbaycan qəbul edildi, Ermənistan çıxarıldı
12:21 / 28.02.2018
3391
23-24 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının (AMF) Baş Assambleyası keçirilib.
Sfera.az xəbər verir ki, bu yığıncaqda ötən ilin sentyabrında təsis olunmuş Azərbaycan Mini Futbol Assosiasiyasının (AMFA) sədri Elxan Əsədov və AMFA-nın baş katibi Azər Hüseynov iştirak edib.
Yeni üzvlər üçün səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan, eləcə də, Belçika və İsveçrənin müvafiq qurumları AMF-in üzvlüyünə qəbul edilib. Həmçinin iclasda AMF tərəfindən tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün Ermənistanın bu quruma üzvlüyünə xitam verilib.(Qafqazinfo)