Zidan: "Məğlub olmalı deyildik”
Kateqoriya məlum deyil
"Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının "Espanyol”a uduzmasını (0-1) şərh
edib.
Sfera.azhəmin müsahibədən kiçik bir hissəni təqdim edir:
- Komandada nə çatışmadı?
- Hər şeydən bir az. Oyuna yaxşı başlamışdıq,ancaq fərqlənə bilmədik. İkinci taymda isə oyunumuz alınmadı.
- Niyə ikinci hissədə komanda pis oynadı?
- Futbolu bəzən anlamaq çətindir. 5 uğurlu oyundan sonra belə şeylər olur.
- "Espanyol” qələbəyə layiq idi?
- Biz məğlub olmalı deyildik, pis oyun oldu. Rəqibin qol epizodları çox az idi.





