Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
11:02 / 22.02.2018
1886
Şahmatda pul problemi
Son dövrün iqtisadi problemlərinin ölkə idmanınamənfi təsir etməyi hamıya məlumdur. Vaxtilə idmanın inkişafına böyük vəsaitlər ayrılsa da iqtisadi çətinliklər üzündən hazırda bir çox idman federasiyalarının maliyyələşməsində ciddi çətinliklər var. Güləş, həndbol, qolf və digər federasiyalardan sonra problemlər Azərbaycan Şahmat Federasiyasında da yaşanır.
Offsideplus.az mövzunu araşdırmaq üçün Beynəlxalq Qrossmeyster, Əməkdar məşqçi, FIDE hakimi və məşqçisi Azər Mirzəyev ilə söhbətləşib. Azər Mirzəyev Azərbaycan şahmatındakı mövcud durum və ona qarşı olan haqsızlıqlar barədə danışıb. "6 yaşında şahmatla məşğul olmağa başlamışam və bir çox beynəlxalq turnirlərin qalibi, eləcə də 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olmuş, 1998 və2000-ci illərdə Elista və İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadalarında iştirak etmişəm. Həmişə ölkəmizdə şahmatın inkişafı üçün əlimdən gələni əsirməməmiş, Azərbaycanı müxtəlif yarışlarda təmsil edib bayrağımızı ucaltmışam.”
Naxçıvan sərgüzəştləri
AzərMirzəyevhəmçinin məşqçilik edir, gənc şahmatçıların yetişdirilməsi ilə məşğul olur. O, 2015-2017-ci illərdə Azərbaycan Şahmat Federasiyasının təkidi və Naxçıvan Şahmat Federasiyası prezidenti Vüqar Səfərovun (red. Naxçıvan şəhəri icra başçısı) dəvəti iləCulfa və Naxçıvanda gənc şahmatçıların hazırlığını yüksəltmək üçün məşqçiliyə başlayır. Azər Mirzəyev qeyd edir ki, məşqçilik etdiyi dönəmdə Naxçıvan Şahmat Federasiyası onun əmək haqqı və mənzillə təminatını həyata keçirir, o da öz növbəsində gənclərlə işləyir və nəticələr əldə edirdi.
Ancaq ötən il oktyabr ayında Naxçıvan Şahmat Federasiyasının prezidenti Vüqar Səfərovun adından Azər Mirzəyevəəvvəlcədən heç bir bildiriş olmadan və səbəb göstərilmədən işdən uzaqlaşdırıldığıdeyilir.Azər Mirzəyev təəccübünü gizlədə bilmir. "Orada işlədiyim illərdə çəkdiyim əziyyət yerə vuruldu. Bu azmış kimi mənim halal zəhmətimin haqqı ödənilməyib və qaldığım evə görə son 6 ayın kirayəsini də ev sahibinə verməyiblər. İnanın, mənə ödənilməli maaş əslində çox kiçikdir. Ancaq mənim üçün vacibdir, çünki bu mənim zəhmət haqqımdır. Mənə verilməyən maaş isə Naxçıvan Şahmat Federasiyasının prezidenti Vüqar Səfərov üçün mikroskopik rəqəmdir, ona görə də onların mənə olan borcunu söyləməyə belə utanıram. Ancaq onlar pulumu vermədiklərinə görə utanmırlar”.
Azər Mirzəyev qeyd edir ki, şahmatçının maaşını verməmək Naxçıvan Şahmat Federasiyasının adətinə çevrilib. "İki il öncə böyük nailiyyətlər qazanan beynəlxalq dərəcəli idman ustası, FIDEməşqçisi İlqar Bacaranini də əmək haqqı ödənilmədən işdən uzaqlaşdırmışdı. Görünür bu metodlar federasiyanın dəsti xəttidir”.
Şahmatçı Naxçıvan Şahmat Federasiyasının səbatsız fəaliyyəti sayəsində ölkə idmanının perspektivli gəncləri itirdiyini deyir. "Muxtar Respublikanın ən güclü məşqçisi, Beynəlxalq dərəcəli idman ustası Talıb Babayev, şahmatdan uzaqlaşdırılıb və hazırda Türkiyədə dərs deyir. Yəni mən haqsızlıqla üzləşən ilk və sonuncu şahmatçı deyiləm. Bu özbaşınalıq barəsində cənab Vasif Talıbova məktub da göndərmişəm. Ancaq mənə rəsmi cavab verilməyib”.
Azərbaycan Şahmat Federasiyasının etinasızlığı
İllərini şahmata həsr edən beynəlxalq qrossmeyster Azər Mirzəyev baş verənlərlə bağlı Azərbaycan Şahmat Federasiyasını məlumatlandırdığını söyləyir. "Bakıdaproblemin həlli üçün heç əlini belə tərpədən olmadı.Dəfələrlə müraciətlərimə baxmayaraq heç nəyə nail ola bilmədim”.
AzərMirzəyevölkədəidmanaolanqayğınınyüksəksəviyyədəolduğunuqeydedərək, ölkəprezidentiİlhamƏliyevvəbirincivitseprezidentMehribanƏliyevanınxidmətlərini, idmançılaragöstərilənqayğınıqeydedir. "Mehribanxanım Əliyeva daima hamının qayğısına qalıb. Ancaq bəzi funksionerlər deyəsən ölkədə aparılan idman siyasətindən xəbərsizdirlər. Mən o şahmatçıyam ki, Heydər Əliyev Fondu və AMAR Beynəlxalq Xeyriyyə Fondunun 2017-ci ildə İraqda müharibədən əziyyət çəkən qaçqın gənclər üçün təşkil olunan turnirdə Azərbaycanı təmsil etmişəm və Mehriban xanım AMAR Fondunun rəhbəri, baronessa Emma Nikolsonu qəbul edərkən bu barədə danışmışdır.
Təbiətcə mülayim və konfliksiz insan kimi tanınan beynəlxalq qrossmeyster 16 ildir susduğunu, amma Azərbaycan Şahmat Federasiyası tərəfindən həmişə haqsızlıq və ayrı seçkiliyə məruz qaldığını və bu münasibətinonu və bir çox şahmatçıları boğaza yığdığını söyləyir.
Şahmatçı yarışlara cibindən pul xərcləyərək gedirmiş
"2012-ci ildən bəri mən federasiya hesabına bir beynəlxalq turnirdə belə iştirak etməmişəm.Amma şahmatdan uzaq adamlara xaricə ezamiyyətlər ödənilir, mükafatlandılırlar,mötəbər tədbirlərə dəvət alırlar.Uzun illərdir ölkəmizi beynəlxalq arenada öz hesabıma təmsil edirəm. Məni dolayı yollarla başa salırlar ki,hər hansı kömək yalnız gənc şahmatçılara ola bilər. Amma heç gənc şahmatçılarada köməklik göstərilmir.Maraqlıdır, gənc ikən nəticələrim olanda mən haqda deyirdilər ki,gəncdir,təcrübəsizdir və s. İndi isə tam əksini.Bəhanə axı həmişə tapmaq olar.Belə bir təəssürat yaranır ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov şahmatla hec maraqlanmır.Ancaqmən yenə də ümid edirəm ki, mənim xidmətlərim Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Şahmat Federasiyası tərəfindən nəzərə alınacaq və onlar mənə olan borclarını verəcəklər.”
Offsideplus.az məsələni daha dərindən araşdıraraq mövzuya bir daha qayıdacaqdır.
Ardıvar…