Logo

Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində - VİDEO

Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Cənubi Koreyanın Pxençan şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.

Sfera.az bildirir ki, bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib.

Keçiddə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak ediblər.

Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR