“Formula-1”ə görə viza rejimi sadələşdirildi

“Formula-1”ə görə viza rejimi sadələşdirildi
 Ölkə prezidenti İlham Əliyev 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sfera.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018-ci il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart;

2.3. 2018 Formula 1 Azərbaycan Qran-Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə "Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

OXŞAR XƏBƏRLƏR

Tunis sahillərində ən azı 27 miqrant həlak oldu

Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması nəticəsində ən azı 27 nəfər həlak olub.  ...

Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA

NASA bu gün təyyarə böyüklüyündə iki asteroidin Yerə düşəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, kosmik agentlik bu tranzitlərin Yer üçün h...

“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi...- VİDEO

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev bu gün 39 yaşında vəfat edib.   A.Baxşəliyevə böyrəkköçürmə əməli...

İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.   Sfera.az-ın məlumatına görə, məktubda dey...

Bakının bəzi yollarında sıxlıq var - FOTOLAR

Bakıda bəzi yollarda sıxlıq var.   Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.   Haz...

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.    Sfer...