Azərbaycan Messinin komandası ilə oyundan imtina etdi - RƏSMİ

Azərbaycan Messinin komandası ilə oyundan imtina etdi - RƏSMİ
 Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.

Sfera.az qol.az-a istinadla xəbər verir ki, bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.

AFFA rəsmisi vaxt məhdudiyyəti və millinin əsasını təşki edən "Qarabağ”ın Çempionlar Liqasındakı oyunu səbəbindən belə qərar verdiklərini söyləyib: "Qısa vaxt ərzində Argentina kimi milliyə qarşı komanda hazırlamaq çox çətin məsələdir. İkincisi, həmin ərəfədə "Qarabağ”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında oyunu olduğundan Argentina ilə yoxlama matçının keçirilməsi məsləhət görülmədi”.

Bəzi məlumatlara görə, Argentina tərəfi Azərbaycana səfərin xərclərini AFFA-nın ödəməsini istəyib. Bu məsələ ilə əlaqədar M.Nərimanoğlu deyib: "Bu səbəb deyil. Əsas səbəb bu təklifin bizə qısa vaxt ərzində gəlməsidir. Təklifdə maliyyə ilə bağlı heç nə yox idi”.

Qeyd edək ki, bir müddət əvvəl AFFA noyabr ayında Azərbaycan millisinin yoxlama oyunu keçirmək istədiyini və rəqib axtarışında olduğunu açıqlamışdı.

Əlavə edək ki, Argentina agentlərinin AFFA-ya yoxlama oyunu təklifi etməsi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb. 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...