AFFA-dan Prosineçkinin qərarı haqda: Gedəni saxlamazlar

AFFA-dan Prosineçkinin qərarı haqda: Gedəni saxlamazlar

Məsəl var – gedəni saxlamazlar. Robert Prosineçki getmək fikrindədirsə, AFFA rəhbərliyinin onu saxlaya biləcəyinə inanmıram.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda işini davam etdirmək istəməməsinə münasibət bildirərkən deyib. Bununla belə, M.Məmmədli xorvatiyalı mütəxəssisin Azərbaycan yığmasının sükanı arxasındakı işini müsbət qiymətləndirib. O deyib ki, milli xüsusən son seçmə mərhələdə daha hazırlıqlı nəzərə çarpıb: "Prosineçki 3 il Azərbaycanda çalışdı. Onun işini müsbət qiymətləndirirəm. Yığma komanda 2018-ci il dünya çempionatının seşmə mərhələsində daha inamla çıxış etdi və yaxşı nəticə göstərdi. Komanda əvvəlki tsikllərlə müqayisədə fiziki cəhətdən daha hazırlıqlı idi”.

Qeyd edək ki, Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində böyük ehtimalla Azərbaycan millisinin sükanı arxasında qalmayacağını açıqlayıb. Onun 3 illik müqaviləsinin müddəti dekabrda başa çatır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...