Prosineçki bu futbolçuları milliyə çağırıb
Kateqoriya məlum deyil
Azərbaycan milli komandasının 2018-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Sfera.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki 24 futbolçunu milliyə çağırıb.
Azərbaycan - Çexiya matçı oktyabrın 5-də saat 20:00-da başlanacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, C qrupunda yer alan millimiz 8 oyundan sonra 10 xalla 3-cü yerdə qərarlaşıb.
| AD, SOYAD | KLUB |
| Kamran Ağayev | Mlada (Çexiya) |
| Anar Nəzirov | Zirə FK |
| Emil Balayev | Səbayıl FK |
| Tərlan Quliyev | İnter |
| Bədavi Hüseynov | Qarabağ |
| Rəşad Sadıqov | Qarabağ |
| Maksim Medvedev | Qarabağ |
| Pavel Paşayev | Aleksandriya (Ukrayna) |
| Magomed Mirzabekov | Neftçi |
| Ürfan Abbasov | Qəbələ |
| Ruslan Abışov | Neftçi |
| Rahid Əmirquliyev | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Dmitri Nazarov | Aue (Almanya) |
| Təmkin Xəlilzadə | Zirə |
| Mahir Mədətov | Qarabağ |
| Cavid Hüseynov | Qəbələ |
| Araz Abdullayev | Anortosis (Kipr) |
| Əfran İsmaylov | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Ruslan Qurbanov | Qəbələ |
| Namik Ələskərov | Neftçi |
| Ramil Şeydayev | Qarabağ |
| Renat Dadaşov | Ayntraxt (Almanya) |






