Minlərlə azarkeşi yağış altında qoyan BNA rəsmisi açıqlamasında — AZARKEŞLƏRİ SUÇLADI

Minlərlə azarkeşi yağış altında qoyan BNA rəsmisi açıqlamasında — AZARKEŞLƏRİ SUÇLADI
 Bu gün Ağdamın "Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib.
 
 Bu matç həmçinin Azərbaycan futbolu tarixinə ən çox izlənilən oyun kimi düşüb. Bakı Olimpiya stadionunda oyunu 67 min 500 azarkeş canlı izləyib. Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb. Azarkeşləri stadiona daşınması isə Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.

Bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilib aki, qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. Bu barədə görüntülər də yayımlanıb.

Deyilənlərə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev "Ölkə.Az”a bildirdi ki, verilən informasiya kökündən səhvdir. Onun sözlərinə görə, Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında ən son tamaşaçı ərazini tərk edənə qədər avtobuslar fəaliyyət göstərib.
"İstər əvvəlki kimi müəyyənləşdirilən "Gənclik” stansiyası, yəni X2 Express xətti, istərsə də, digər istiqamət, metronun "Qara Qarayev” stansiyası, yəni X1 Express xətti üzrə tamaşaçıların daşınmasında heç bir problem olmayıb. Düzdür tamaşaçıların stadiona gəlişi zamanı müəyyən çətinliklər yaşanıb. Bu da yollardakı tıxacla əlaqəli olub. Nə avtobusların sayında, nə də tamaşaçıların daşınmasında problem yaşanmayıb. Hava şəraitilə əlaqədar müəyyən çətinliklər vardı. Lakin görülən operativ tədbirlər nəticəsində bu çətinliklər də aradan qaldırılıb”, - deyə M. Ağayev bildirib. 

Çəkilən videoya gəlincə, M. Ağayev deyir ki, bu görüntülər "Koroğlu” stansiyasının çıxışına yaxın, nəqliyyat mübadilə məntəqəsinin ərazisində çəkilib: "X2 Express və X1 Express avtobusları Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında fəaliyyət göstərirdi. Sərnişinlər özləri yanlış istiqamətdə gediblər. Bu zaman da, onlar həmin avtobusları görməyiblər. Bu da səhv rəylər yaradıb”.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...