Logo

Hərbçi güləşçimiz dünya çempionu oldu

Hərbçi güləşçimiz dünya çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə Azərbaycan yığmasının üzvü Qalib Əliyev qızıl medal qazanıb.

Sfera.az AzərTAc-a istinadən xəbər verir ki, sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumuniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR