ÇL-in finalı Bakıda keçiriləcək? - AFFA açıqladı

ÇL-in finalı Bakıda keçiriləcək? - AFFA açıqladı

2019-cu ildə futbol üzrə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi istəyilə AFFA-nın müraciəti əsasında qərar UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında qəbul olunacaq.

Sfera.az Affa.az-a istinadən xəbər verir ki, bu barədə, AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib. O bildirib ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birgə UEFA-da Yuksek İdarə Heyətinin iclasında iştirak edir: "Prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü üçün BOS-un yeganə rəqibi İspaniyanın paytaxtı Madriddəki "Metropolitano” stadionudur. Avropa Liqasında isə İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" BOS-la birgə mübarizə aparır.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...