Logo

Mədətov millinin məğlubiyyətindən danışıb

Mədətov millinin məğlubiyyətindən danışıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İlk dəfə əsas millidə oynadım. İstərdim ki, qələbə qazanaq. Hələ millinin tempinə uyğunlaşmamışam.

Bu sözləri millimizin hücumçusu Mahir Mədətov DÇ-2018-in seçmə mərhələsində Norveçə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Yığmamızda rəsmi debüt edən 20 yaşlı futbolçu oyuna yaxşı başladıqlarını bildirib: "Qapımıza penalti təyin edildi və bundan sonra həvəsdən düşdük. İkinci hissəyə də pis başlamadıq. Hakim lehimizə olan penaltini təyin etmədi. Bundan sonra da avtoqol qeydə alındı. Rəqib bizdəm çox üstün deyildi".

M. Mədətov çox lazımsız səhvlər etdiklərini vurğulayıb: "Norveçin bizdən bir neçə qat üstün olduğunu demək olmaz. Özümüz oyunu rəqibə verdik". (qol.az)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR