Messidən alqışlanılası addım - VİDEO

Messidən alqışlanılası addım - VİDEO
İspaniyanın "Barselona” klubunun argentinalı ulduzu Leonel Messi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uruqvayla səfər oyunu üçün yollandıqları Montevideoda otelə daxil olarkən bir uşağa qarşı davranışı dünya mətbuatında gündəm olub.

Sfera.az Yenicag.az-a istinadən xəbər verir ki, həmin uşaq ona yaxınlaşaraq şəkil çəkdirmək istəyib. Amma təhlükəsizlik xidmətinin əməkdaşları əvvəlcə onun Messiyə yaxınlaşmasına icazə verməyiblər. Bu zaman uşaq göz yaşlarına hakim ola bilməyib. Bunu görən ulduz futbolçu dərhal hadisəyə müdaxilə edib, uşağı öz yanına çağırıb, görüşüb və şəkil çəkdirib.

 

OXŞAR XƏBƏRLƏR