Logo

Günün həyəcanı: millimiz Norveçə, almanlar çexlərə qarşı...

Günün həyəcanı: millimiz Norveçə, almanlar çexlərə qarşı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

DÇ-2018-in seçmə mərhələsində yeddinci turun görüşləri davam edir.

Sfera.az xəbər verir ki, bu gün 9 matç keçiriləcək. İkinci oyun günündə C, E və F qrupunun komandaları mübarizə aparacaq.

Azərbaycan yığması səfərdə Norveçin qonağı olacaq. C qrupunda mərkəzi oyun Çexiya və Almaniya milliləri arasında keçiriləcək.

E qrupunda əsas diqqətlər Danimarka - Polşa matçına yönələcək. Polşa qrupun vahid lideridir. Danimarka isə 2-3-cü yerləri bölüşdürür.

F qrupunda daha çox Slovakiya - Sloveniya görüşü maraq doğurur. Qrupun lideri İngiltərə isə Maltanın qonağı olacaq.

Habelə, Litva – Şotlandiya, Qazaxıstan – Monteneqro, Rumıniya - Ermənistan, San Marino - Şimali İrlandiya qarşılaşacaqlar.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR