"Kopenhagen"in baş məşqçisi "Qarabağ"dan danışdı

Danimarka təmsilçisi "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransına qatılıb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.

- Tempratur normaldır. Deyilənə görə, meydança da çox yaxşıdır. Rəqibimiz çox keyfiyyətli komandadır. Ev oyunlarında çox yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?

- Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?

- Rəqibin hücum "üçlüy"ünü qeyd edərdim. Onların hər biri oyunun taleyini həll edəcək futbolçulardır. Lakin biz sabah yalnız onlara qarşı deyil, komandaya qarşı oynayacağıq.

- 1996-cı ildə Norveç millisinin heyətində Azərbaycan yığmasına iki qol vurmuşdunuz və hə

min matçda Qurban Qurbanov da iştirak edirdi. Bu oyunu xatırlayırsınız?- Karyeram boyunca çoxlu qollar vurmuşam, hamısını xatırlaya bilmirəm (gülür). Ancaq həmin qollar yadımdadır. Çünki millidə çıxış etdiyim ilk vaxtlarda vurmuşam. Daha çox 1997-ci ildəki 1:0 hesablı qələbəni xatırlayıram. Həmin vaxt mundiala vəsiqə qazanmışdıq.

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...