Logo

Azərbaycanlı sprinter dünya çempionu olub

Azərbaycanlı sprinter dünya çempionu olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.

27 yaşlı sprinter bu nailiyyətə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mundialda imza atıb.

Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəyə birinci çatıb. Gümüş medalı 20,11 saniyə nəticə ilə CAR təmsilçisi Vayde van Nikerk, bürünc medalı isə eyni göstərici ilə Trinidad və Tobaqolu Jerem Riçards əldə edib.

Qeyd edək ki, 2011-ci ildən Türkiyə millisində çıxış edən Ramil Quliyev karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR