Logo

Millimiz Ermənistanla qarşılaşacaq

Millimiz Ermənistanla qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

16 yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.

Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.

Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma, əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə buna nail olub.

Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq. İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR