Logo

Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”

Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Real Madrid”in baş məşqçisi Joze Mourinyo Arda Gülər və Bernardo Silvanın "Roma” ilə matçda ehtiyatda qalmasının səbəbini açıqlayıb.

Sfera.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasının III turunda "Leypsiq”lə oyun öncəsi keçirilən mətbuat konfransında futbolçuların meydandakı mövqeləri və komandanın taktiki balansı barədə danışıb.

Mourinyo bildirib ki, Arda Gülər və Bernardo Silva kimi futbolçular fərqli mövqelərdə oynamaq bacarığına malik olsalar da, onların eyni vaxtda meydana çıxması komandanın müdafiə balansına təsir edə bilər.

"Roma” ilə oyunda hər iki futbolçuya start heyətində yer versəydik, bizə beş qol vurardılar. Çünki bunu qarşılamaq gücümüz yox idi. Bəzən haqlı çıxıram”, – deyə Mourinyo bildirib.

Baş məşqçi heyət seçimi zamanı əsas məqsədinin komanda üçün ən yaxşı taktiki uyğunluğu və balansı tapmaq olduğunu vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR