Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
Kateqoriya məlum deyil
T
Ukrayna Rusiya ilə müharibədə hərbi yolla heç vaxt qalib gələ bilməyəcək.
Sfera xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto bildirib.
Nazir əsas məqsədinin Ukraynanın müharibədən sağ çıxmasını təmin etmək və münaqişəni dayandırmaq olduğunu vurğulayıb:
"İtaliyada kimsə "Ukrayna müharibədə qalib gələcək" deyəndə, bəziləri elə düşündü ki, Kiyev Rusiyanı tamamilə məğlub etmək istəyir.
Yəni Zelenskinin Ukrayna bayrağı ilə Moskvaya daxil olacağını zənn etdilər. Xeyr, bu belə deyil. Ukrayna üçün qələbə — Rusiyanın onun ərazisini tərk etməsi, bomba yağdırmağı dayandırması və ölkənin yenidən azad yaşamaq, gələcəyini qurmaq hüququ qazanması deməkdir. Məhz bu, hamımızın arzuladığı qələbədir".






