"Qarabağ" - "Neftçi" matçından sonra qarışıqlıq - Video
Kateqoriya məlum deyil
T
Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” matçından sonra stadionun qarşısında qarışıqlıq yaranıb.
Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma başa çatdıqdan sonra azarkeşlər işıq fişəngi atıblar.
Ərazini tüstü bürüyüb, azarkeşlərin qaçdığı anlar kameralara düşüb.
Qeyd edək ki, qarşılaşma 3-3 hesablı heç-heçə ilə başa çatıb.






