“Real”ın futbolçusu itinə görə məhkəmə qarşısına çıxacaq

“Real”ın futbolçusu itinə görə məhkəmə qarşısına çıxacaq
Kateqoriya məlum deyil
T

“Real”ın futbolçusu Ferland Mendi ona məxsus itlərdən birinin 17 yaşlı yeniyetməni dişləməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Sfera.az xəbər verir ki, proses dekabrın 21-də başlayacaq.

Belə ki, iş üzrə Mendidən 1200 avro cərimə və zərərçəkənlərə 5700 avro təzminat ödənilməsi tələb olunur.

Qeyd edək ki, hadisə 2023-cü ildə baş verib. Futbolçunun ərazisindən qaçan dörd itdən biri qadının itinə hücum edərək ona ağır xəsarətlər yetirib. Bundan sonra isə qadına kömək etməyə çalışan 17 yaşlı yeniyetmə də it tərəfindən hücuma məruz qalıb və onu sol ayağından dişləyib.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR