Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
Kateqoriya məlum deyil
T

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb.

B.Yuhansson 1996-2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyib və bu mərhələdə Braziliyaya 2:3 hesabı ilə uduzub. 2000-ci il Avropa çempionatında isə danimarkalılar qrup mərhələsinin hər üç matçında məğlub olaraq pley-offa yüksələ bilməyiblər.

Klub səviyyəsində B.Yuhansson İsveçin "Ester" komandası ilə iki dəfə ölkə çempionu olub. Mütəxəssis həmçinin "Silkeborq"la Danimarka çempionatının qalibi adını qazanıb.\\report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR