"Sabah"ın vingerinə görə "Dinamo"nu "topa tutdular"

"Sabah"ın vingerinə görə "Dinamo"nu "topa tutdular"
Kateqoriya məlum deyil
T

Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Çexiyanın “Slaviya Praqa” (Slavia Praha, Slavia Prague) klubunu 2:0 hesabı ilə məğlub edərək tarixində ilk qələbəsini qazanıb.

Sfera.az xəbər verir ki, sözügedən matçda Bakı klubunun heyətində qolla yaddan Kahim Parrisin (Kaheem Parris) uğurlu oyunu Ukraynada diqqət çəkib.

26 yaşlı futbolçu 2022-ci ildə 1 milyon avroya Kiyev “Dinamo”suna (Dynamo Kyiv) transfer edilib. Lakin Ukrayna klubunda kifayət qədər oyun vaxtı almayan Parris ümumilikdə 408 dəqiqə meydanda olub və 2024-cü ildə 600 min avro qarşılığında “Sabah”a keçib.

Yerli media onun “Dinamo”da az şans qazanmasını yenidən gündəmə gətirərək, futbolçunun indi Çempionlar Liqasında diqqət çəkməsini transfer qərarları baxımından uğursuz addım kimi təqdim edib./fanat.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR