"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
Kateqoriya məlum deyil
T
"Kəpəz" Azərbaycan I Liqasının bombardirini transfer etməyə hazırlanır.
Sfera.az xəbər verir ki, bölgə təmsilçisi "Gəncəbasar"ın hücumçusu Dilan Aşimi ilə yaxından maraqlanır. Bu keçidin qış transfer pəncərəsində baş tutacağı gözlənilir.
Qeyd edək ki, kamerunlu hücumçu hazırda vurulan 8 qolla I Liqanın bombardirlər siyahısına başçılıq edir.
21 yaşlı futbolçu "Gəncəbasar"ın cari mövsümdə vurduğu 9 qoldan 8-nə imza ataraq komandasının əsas silahına çevrilib. (Offsideplus.az)






