Babək Quliyev UEFA-dan təyinat aldı
Kateqoriya məlum deyil
T
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Sfera.az xəbər verir ki, O, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununda hakim-inspektor olacaq.
Babək Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Əlincə Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.






