Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu

Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi oldu
Kateqoriya məlum deyil
T

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin qalibi olub.

Sfera.az xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler tutub. "Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli isə yarışı üçüncü pillədə başa vurub.

Bununla Ferstappen ardıcıl ikinci qələbəsini qazanıb. Dördqat dünya çempionu karyerasında ilk dəfə Sinqapur Qran-prisində qalib gəlib.

Ümumi sıralamaya 340 xalla Kimi Antonelli başçılıq edir. "Mercedes"in britaniyalı pilotu Corc Rassell 238 xalla ikinci, "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton isə 229 xalla üçüncü yerdədir.

Konstruktorlar kubokunda "Mercedes" 578 xalla liderdir. "Ferrari" 444 xalla ikinci, "McLaren" isə 339 xalla üçüncü pillədə qərarlaşıb. Dünya çempionatının növbəti mərhələsi olan ABŞ Qran-prisi oktyabrın 23-dən 25-dək Texas ştatının Ostin şəhərində keçiriləcək./bizimmedia

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR