Ronaldo Messinin paylaşımına şərh yazdı

Ronaldo Messinin paylaşımına şərh yazdı
Kateqoriya məlum deyil
T

Kriştianu Ronaldo Messinin Beninə qarşı keçirdiyi son oyundan sonra Argentina millisi ilə vidalaşdığı instaqram paylaşımının altına şərh yazdı.

Sfera.az xəbər verir ki, Ronaldo mesajında bu sözləri qeyd edib:

"Leo, ölkənə illərlə xidmət etdin və sonsuza qədər xatırlanacaq bir tarix qoydun. Argentina ilə qazandığın uğurlara görə sənə dərin hörmətimi bildirirəm. Ən xoş arzularımla".

39 yaşlı Messi, Argentinanın Buenos-Ayresdəki "Monumental" stadionunda Benini 3-0 hesabı ilə məğlub etdiyi oyunda bir qol vuraraq 21 illik milli komanda karyerasını başa vurdu.

8 dəfə "Qızıl top" (Ballon d'Or) qazanan ulduz futbolçu, Argentina forması ilə çıxdığı 208-ci matçında penalti zərbəsini dəqiq yerinə yetirərək qol sayını 126-ya çatdırdı.

Qeyd edək ki, Messi Argentina millisi ilə 2022-ci ildə Dünya Kubokunun, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun (Copa América) qalibi olub.

Vasif

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR