“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu

“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu
Kateqoriya məlum deyil
T

“Qarabağ”ın zədəli futbolçusu Renaldo Sefasın durumu müəyyənləşib.

Sfera.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı yarımüddafiəçi MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Qeyd olunub ki, o, 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. O, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR