Duran Kolumbiya millisində debüt edib

Duran Kolumbiya millisində debüt edib
Kateqoriya məlum deyil
T

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran Kolumbiya millisində debüt edib.

Sfera.az xəbər verir ki, o, Paraqvaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyununda 88-ci dəqiqədə Con Ariasın əvəzinə meydana daxil olub.

Qeyd edək ki, artıq "Seltik"in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 12 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR