İki cüdoçumuz dünya çempionatında 1/8 finalda

İki cüdoçumuz dünya çempionatında 1/8 finalda
Kateqoriya məlum deyil
T

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sfera.az xəbər verir ki, iki Azərbaycan idmançısı 1/8 finala yüksəlib.

Əhməd Yusifov 60 kq çəki dərəcəsində 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Eyni çəki dərəcəsində Balabəy Ağayev isə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR