Bakıda keçirilən Dünya Kuboku başa çatdı

Bakıda keçirilən Dünya Kuboku başa çatdı
Kateqoriya məlum deyil
T

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan turnirə yekun vurulub.

Sfera.az xəbər verir ki, final seansında Azərbaycan təmsilçisi Anastasiya Qnusina fərqlənənlər sırasında olub. O, 200 metr məsafəyə arxası üstə üzmə yarışında (2:20,68) Azərbaycan rekordunu yeniləyib.

Üçüncü günün final seansının nəticələri:

Kişilər

Qarışıq üsulla 400 metr – 1.Karson Foster 2.İlya Borodin 3.Alberto Rossetti

Kəpənək üsulu ilə 50 metr – 1.Yeqor Kornev 2.Çek Vey Tyonq 3.Cuner Çen

Arxası üstə üsulla 100 metr – 1.Piter Kutsi 2.Pavel Samusenko 3.Şeyn Kazas

Brass üsulu ilə 200 metr – 1. Luk Barr 2.Kasper Karbo 3.Kirill Priqoda

Sərbəst üsulla 200 metr – 1.Şeyn Kazas 2.Yubo He 3.Lukas Anvo

Qadınlar

Kəpənək üsulu ilə 100 metr – 1.Ros Vanotterdayk 2.İçun Vanq 3.Darya Klepikova

Arxası üstə üsulla 200 metr – 1.Anna Peplovski 2.Teylor Rak 3.Freya Kolbert

Brass üsulu ilə 50 metr – 1.Florin Qaspar 2.Ralina Gilyazova 3.Mona Makşeri

Sərbəst üsulla 100 metr – 1.Marrit Stenberxen 2.Katarjina Vaşik 3.Teylor Rak

Qarışıq üsulla 200 metr – 1.Yitinq Yu 2.Marrit Stenberxen 3.Ebi Vud

"İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsində xal prinsipinə əsasən fərqlənən idmançılar medallarla təltif olunub. Mükafatlandırma mərasimində Dünya Su İdmanı Federasiyasının Üzgüçülük üzrə Texniki Komitə sədri Kreyk Hanter, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov iştirak edib.

Kişilər arasında ən yüksək xal toplayan Yeqor Kornev qızıl medal qazanıb. İkinci yeri Luk Barr tutub. Piter Kutsi isə bürünc medala sahib olub.

Qadınların reytinq cədvəlində hamını qabaqlayan Marrit Stenberxen qızıl medala layiq görülüb. Ros Vanotterdayk gümüş, Anna Peplovski isə bürünc medal qazanıb.

Qeyd edək ki, Bakıdan sonra "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun növbəti mərhələsi 8-10 oktyabrda Daşkənddə təşkil olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR