Arda Güler cəzalandırıldı

Kateqoriya məlum deyil
T
Türkiyə millisinin aparıcı futbolçularından Arda Güler UEFA Millətlər Liqasının qrup mərhələsində İtaliya ilə keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Sfera.az xəbər verir ki, "Real Madrid"in yarımmüdafiəçisi Belçika ilə oyunda sarı vərəqə aldığı üçün növbəti görüşdə cəzalı duruma düşüb.
Arda Gülerlə yanaşı, Türkiyə millisinin digər futbolçusu Barış Alper Yılmaz da sarı vərəqə limitinə çatdığı üçün İtaliya ilə matçı tribunadan izləməli olacaq.
Xatırladaq ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Türkiyə yığması Belçikaya 0:3 hesabı ilə uduzub.
Türkiyə millisi növbəti qarşılaşmasını oktyabrın 5-də səfərdə İtaliyaya qarşı keçirəcək.






