“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?

Kateqoriya məlum deyil
T
UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.
Sfera.az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi səfərdə Latviyanın qonağı olub.
Matç Monteneqronun qələbəsi ilə başa çatıb – 2:1.
Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 61-ci dəqiqədə əvəzlənib.
Ardıcıl üçüncü qələbəsini qazanan Monteneqro millisi 9 xalla qrupun vahid lideridir.






