“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı

“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
Kateqoriya məlum deyil
T

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR