Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib

Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
Kateqoriya məlum deyil
T

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Bu barədə Sfera.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

"Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR