Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ilə bağlı intizam tədbiri gündəmə gəlib. Məşq prosesində iştirak etməməsinə görə ulduz futbolçunun müəyyən müddətə milli komandanın oyunlarından kənarlaşdırılması və cərimələnməsi ehtimal olunur.
Sfera.az xəbər verir ki, Ronaldu Norveçlə qarşılaşmada meydana çıxmadığı üçün Portuqaliya millisinin təlim-məşq toplanışından ayrılıb. Onun bu qərarı məşq prosesinə də qatılmaması ilə nəticələnib.
Futbolçu məsələ ilə bağlı açıqlamasında milli komandadan nə üçün ayrıldığını münasib vaxtda Portuqaliya ictimaiyyətinə bildirəcəyini söyləyib.
Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydalarına əsasən, bu kimi hallarda futbolçuya müxtəlif sanksiyalar tətbiq oluna bilər. Qaydalarda maliyyə cəriməsi ilə yanaşı, milli komandadan bir aydan altı ayadək uzaqlaşdırma cəzası da nəzərdə tutulur.
Məlumata görə, Kriştianu Ronaldu və Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı yayılan məlumatları təsdiqləyib.






