Nəriman Axundzadə 10 ay sonra qol vurdu - Video

Kateqoriya məlum deyil
T
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub.
Sfera.az xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib.
Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib.
Nəriman Axundzadə sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la matçda fərqlənmişdi. Həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən futbolçu 5:1 qalib gəldikləri matçda rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, U-21 milli komandamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya 2:5 hesabı ilə uduzub.






