Məşhur futbol klubu 1 avroya SATILDI

Məşhur futbol klubu 1 avroya SATILDI
Kateqoriya məlum deyil
T

Fransanın köklü futbol klublarından olan "Bordo" (Bordeaux) bütün borclarının öhdəliyə götürülməsi şərtilə ABŞ mərkəzli "Park Bench" investisiya fonduna simvolik olaraq 1 avro qarşılığında təhvil verilib.

Sfera.az xəbər verir ki, Fransa Liqa 1-də tarixi ərzində 6 dəfə çempionluq sevinci yaşamış "Bordo" klubun 1 avroya satıldığını rəsmən açıqlayıb.

Klubun rəsmi internet saytında yer alan məlumata görə, hazırkı sahib Jerar Lopes (Gerard Lopez) ilə "Park Bench" arasında satış müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, maliyyə öhdəliklərinin qarşılanması şərtilə klub simvolik məbləğə təhvil verilib.

Qanuni təhvil-təslim prosesinin tərkib hissəsi kimi, yeni sahiblərin yaxın günlərdə Nuvel-Akitaniya Futbol Liqasının Regional İdarəetmə Nəzarət Komissiyası tərəfindən dinləniləcəyi bildirilib.

Qeyd edək ki, "Bordo" 2022-2023-cü illər mövsümündə maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Milli Liqaya qədər düşürülmüşdü.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR