26 yaşlı boksçu aldığı nokautdan 1 həftə sonra öldü

Kateqoriya məlum deyil
T
26 yaşlı meksikalı boksçu Arturo Torres nokautla başa çatan döyüşdən sonra vəfat edib.
Sfera.az bildirir ki, Torres sentyabrın 19-da Xilberto Qarsiya ilə qarşılaşıb və yeddinci raundda nokautla məğlub olub.
Döyüş başa çatdıqdan dərhal sonra boksçu xəstəxanaya çatdırılıb. Həkimlər onun beynində yaranmış qan laxtası səbəbindən əməliyyat keçiriblər. Daha sonra Torres süni komaya salınıb.
1 həftə çəkən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.
Arturo Torres peşəkar boksda debütünü 2018-ci ilin noyabrında edib. Karyerası ərzində o, 15 qələbə qazanıb, 6 dəfə məğlub olub, bir döyüşü isə heç-heçə başa çatıb./lent.az
Açar sözlər:






