FIDE-nin prezidenti qazaxıstanlı olacaq

FIDE-nin prezidenti qazaxıstanlı olacaq
Kateqoriya məlum deyil
T

Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilib.

Sfera.az xəbər verir ki, T.Turlov FIDE-nin Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun rəhbəri seçilib.

Qeyd edək ki, FIDE-yə 2018-ci ildən Arkadi Dvorkoviç rəhbərlik edirdi. A.Dvorkoviç 2026-cı ildəki seçkilərdə yenidən seçilməyə hazırlaşırdı, lakin o, iyulun 21-də Avropa İttifaqının 21-ci sanksiyalar paketinə daxil edildi. Bundan sonra Dvorkoviç FIDE rəhbərinin vəzifələrini müvəqqəti icra etməyi dayandırıb və seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR