Arda Güler Fransa məğlubiyyətindən sonra danışdı

Kateqoriya məlum deyil
T
Türkiyə millisinin futbolçusu Arda Güler UEFA Millətlər Liqasının A Liqasının ilk turunda Fransaya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Sfera.az xəbər verir ki, gənc futbolçu qarşılaşmada əllərindən gələni etdiklərini bildirib.
O, azarkeşlərə dəstəyə görə təşəkkür edərək son nəticədən məyus olduqlarını qeyd edib.
Arda Güler qarşıdakı oyunlara köklənəcəklərini vurğulayıb:
“Əlimizdən gələni etdik. İnşallah bu günü unutduracağıq. İtaliya ilə oyunu qazanmaq istəyirik”.
Türkiyə millisi növbəti görüşünü sentyabrın 28-də evdə İtaliyaya qarşı keçirəcək.
İradə Elsevər






