Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"

Kateqoriya məlum deyil
T
"Kadillak" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.
Sfera.az xəbər verir ki, meksikalı pilot bu barədə Bakıda keçirilən mətbuat konfransında danışıb.
Peres Bakı Şəhər Halqasında sıralanma turunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, son illərdə şənbə günü əldə olunan nəticələr yarışın gedişinə ciddi təsir göstərib.
"Son bir neçə ildə şənbə günü baş verənlər hər şeyi müəyyənləşdirib. Düşünürəm ki, vəziyyət bir qədər də dəyişə bilər. Maraqlı həftəsonu olacağını düşünürəm. Əlbəttə, yarışı səbirsizliklə gözləyirəm", - deyə pilot bildirib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı Şəhər Halqasında keçiriləcək.






