David Alaba İtaliya klubuna transfer olundu

Avstriya millisinin müdafiəçisi David Alaba karyerasını İtaliya çempionatında davam etdirəcək.
Sfera.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, 32 yaşlı futbolçu "Udineze" ilə transfer məsələsində razılığa gəlib. Tərəflər bütün əsas detalları şifahi şəkildə razılaşdırıblar.
Hazırda keçidin rəsmiləşməsi üçün hüquqi prosedurların tamamlanması gözlənilir. Bundan sonra Alabanın "Udineze"yə transferinin rəsmi elan olunacağı bildirilir.
Qeyd edək ki, daha əvvəl "Roma", "Latsio" və "Barselona"nın da Alabanın xidmətində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.
David Alaba 2021-2026-cı illərdə "Real"ın formasını geyinib. O, Madrid klubunda bütün turnirlər üzrə 132 matçda meydana çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu ötən yay azad agent statusu alıb.






