Daha bir məşhur futbolçu həbs olunub

Daha bir məşhur futbolçu həbs olunub

Fransanın PSJ klubunun argentinalı futbolçusu Anhel Di Maria 1 il həbs cəzasına məhkum edilib.

Di Maria vergidən yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Onun bu cinayətləri "Real Madrid”də oynadığı dönəmdə törətdiyi iddia edilir.

29 yaşlı futbolçu 1,7 milyon avro köçürməklə həbs cəzasının təxirə salınması üçün müraciət edəcək.

İspaniya qanunlarına görə, Di Marianın cəzası 24 aydan az olduğu üçün o, həbsdə yatmaya bilər, ancaq cərimə ödəməlidir.

Qeyd edək ki, Kristiano Ronaldo və Messi kimi ulduzların da həbs cəzası alması gündəmdədir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR