“Mançester Yunayted” yenə xal itirdi

“Mançester Yunayted” yenə xal itirdi
Kateqoriya məlum deyil
T

İngiltərə Premiyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Yunayted” London səfərində “Fulhem”in qonağı olub.

Sfera.az xəbər verir ki, qarşılaşma “qırmızı şeytanlar”ın üstünlüyü ilə başlasa da, matçda qolu Lisandro Martinezin avtoqolu ilə meydan sahibləri vurub. 90-cı dəqiqədə Matiyas Kunya hesaba tarazlıq gətirsə də, qonaqların bundan artığına gücü çatmayıb.

Beləliklə, komandalar hərəyə 1 xalı bölüşüblər. “Mançester Yunayted” 5 xalla 12-ci, “Fulhem” isə 2 xalla 19-cudur. /yenisabah

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR