“Bavariya”dan 7-0 hesablı darmadağın

“Bavariya”dan 7-0 hesablı darmadağın
Kateqoriya məlum deyil
T

“Bavariya” Almaniya Bundesliqasının IV turunda “Union” üzərində böyükhesablı qələbə qazanıb.

Sfera.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın heyətində fransalı vinger Maykl Olise het-trik edib. O, 43, 73 və 76-cı dəqiqələrdə fərqlənib, həmçinin bir məhsuldar ötürmə verib.

Digər qolları Camal Musiala (18), Harri Keyn (39 – penalti, 54) və İsmayıl Saybari (70) vurublar.

Bu qələbədən sonra “Bavariya” 10 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Union” isə 1 xalla 16-cı pillədə qərarlaşıb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR