Premyer Liqa: “Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şəfa”ya qarşı

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Sfera.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Cavid Cəlilov idarə edəcək. Bu oyun “Neftçi”nin milli çempionatlar tarixində 1000-ci matçı olacaq.
Hazırda “qırmızı-qaralar” 4 xalla turnir cədvəlinin 8-ci, “ağ-qaralar” isə 12 xalla ikinci pilləsində yer alıb.
Günün növbəti qarşılaşmasında “Qarabağ” isə “Şəfa”nı sınağa çəkəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Vüqar Həsənli idarə edəcək.
Hazırda Qurban Qurbanovun komandası 10 xalla 3-cü, bir oyun az keçirən Zaur Həşimovun kollektivi isə 3 xalla 10-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
VI tur
18 sentyabr
17:30, “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu
19:45. “Qarabağ” – “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun digər görüşləri 19 və 20 sentyabr tarixlərində keçiriləcək.






