“Qalatasaray” liderliyə yüksəldi

“Qalatasaray” liderliyə yüksəldi
Kateqoriya məlum deyil
T

Türkiyə Super Liqasının üçüncü turunda "Qalatasaray" doğma meydanda "Göztəpə"ni 3:2 hesabı ilə məğlub edib.

Sfera.az Trend-ə istinadən bildirir ki, İstanbulun "RAMS Park" stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə "Göztəpə"nin yarımmüdafiəçisi Novatus Miroşi açıb. 33-cü dəqiqədə Davinson Sançes tarazlığı bərpa edib.

"Qalatasaray" 55-ci dəqiqədə Qabriel Sara ilə önə keçib. 63-cü dəqiqədə Viktor Osimhen penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib. "Göztəpə"nin hücumçusu Juan Santos isə 65-ci dəqiqədə fərqi azaldıb.

Turun digər matçında "Qaziantep" doğma meydanda "Rizespor"a 1:2 hesabı ilə uduzub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR