Prosineçki gedəcək - Türkiyə klubu isə...
12:13 / 07.06.2017
1695
Türkiyənin "Bursaspor” klubu millimizin baş məşqçisi Robert Prosineçkinin xidmətində israrlıdır.
Yenidən danışıqlar aparmaq üçün xorvatiyalı çalışdırıcının meneceri Yaşar Çalışır ötən gün Bursaya yollanıb. O, klub prezidenti Ali Ayla görüşərək növbəti mövsümün planlarını müzakirə ediblər.
Növbəti görüşdə isə Prosineçkinin də iştirak edəcəyi bildirilir. Yayılan məlumata görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçından sonra Prosineçki Türkiyəyə yollanacaq və "Bursaspor” rəhbərliyi ilə danışıq masası arxasında əyləşəcək.